SON XƏBƏR

Bu peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir: Mütəxəssislər açıqladı

Noyabr 22
11:46 2019
Rusiyanın İnternet İnkişafı İnstitutunun mütəxəssisləri hansı peşələrin yox olmaq təhlükəsi altında olduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu, ilk növbədə nadir hallarda güclü təxəyyül və yaradıcı yanaşma tələb edən peşələrə aiddir.

RT-nin verdiyi məlumata görə, burada söhbət taksi sürücüləri, satıcılar və yükdaşıyanlardan gedir. Mütəxəssislər ehtimal edir ki, yeni texnologiyaların yaranmasına görə yox olma təhlikəsiylə ən çox onlar üz-üzədir.

"İnsanın yaradıcı və emosional zəkasının vacib olmadığı, yəni maksimal hərəkətlərin mexaniki olduğu sahələr daha çox risk altındadır", - ekspertlər qeyd edib.

Skolkovo Ali İqtisadiyyat Məktəbinin prezidenti isə 10 il sonra satıcı və mühüfizəçi peşələrinin demək olar ki, yox olacağı barədə dəhşətli fikir bildirib. Söhbət təqribən 6,5 milyon Rusiya vətəndaşından gedir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook