SON XƏBƏR

“Bu paket ancaq əmək müqaviləsi olan vətəndaşları əhatə edəcək...” - ŞƏRH

Mart 31
18:58 2020
"Nazirlər Kabinetinin bu gün açıqlanan təkliflər paketində müqaviləsiz, qeydiyyatsız və günəmuzd işləyənlərə yardım nəzərdə tutulmayıb". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, qeydiyyatsız işləyənlərin sayı müqavilə ilə işləyənlərdən qat-qat çoxdur:

"Onlara heç bir ödəniş nəzərdə tutulmayıb. Söhbət olkə üzrə təxminən 2 milyon nəfərdən gedir. Hətta paketdə muzdla çalışanların yarısından çoxuna da şamil olunmayıb. Əmək müqaviləsi ilə işləyənlərdən 345 min nəfəri kənarda qalıb. Hökümətin açıqlamasına görə, onlar qapadılmayan sahələrdə işləyir. Söhbət bank, rabitə, tikinti və s. kimi sektorlardan gedir". 
   
Natiq Cəfərli qeyd edib ki, orta aylıq əmək haqqı 712 manatdır:

"Orta aylıq əmək haqqı səviyyəsində maaşların ödənilməsi olacaq. Bundan artıq maas alanların əvvəlcədən aldıqları yüksək maaşa görə "təhlükəsizlik yastığı"nın olduğu deyilir. Sadə dillə desək, deyirlər, "evində pulu var, yəni belə şəxslər müvəqqəti çətinliklərə dözə bilər". Ona görə bundan artıq yardım olunacağını düşünmürəm. Bu da təxminən 300 mindən bir az çox əhalini əhatə edəcək. Hansı ki, bunlar rəsmi və əmək müqaviləsi ilə çalışırlar. Bu paket ancaq əmək müqaviləsi olan vətəndaşları əhatə edəcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook