SON XƏBƏR

Bu il ölkənin ümumtəhsil məktəblərində 1445049 şagird təhsil alacaq

Sentyabr 15
09:53 2017
2017-2018-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərində 1 445 049 şagird təhsil alacaq. 

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, birinci sinfə gedən şagirdlərin sayı isə 164 945 nəfərdir.

2017-2018-ci tədris ili ümumi təhsil müəssisələrində "Təhsildə keyfiyyət ili” elan edilib, ilk dərs məşğələsi "Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub. 

Bu il bütün mənbələr hesabına 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. 12 məktəb binası əsaslı, 484 məktəb cari təmir edilib. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.

Nazirlikdən bildiriblər ki, 2017-2018-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil məktəbləri üçün ümumilikdə 241 adda 4 563 416 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook