SON XƏBƏR

Bu il istifadəyə veriləcək Naftalan Şəhər Xəstəxanası əhaliyə ən müasir tibbi xidmətlər göstərəcək

Yanvar 16
16:06 2018
Səhiyyə Nazirliyinin sifarişi əsasında tikilən və bu il istifadəyə verilməsi nəzərdə tutulan Naftalan Şəhər Xəstəxanasında vətəndaşlara ən müasir tibbi xidmətlər göstərmək mümkün olacaq.
 
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
 
Bildirilib ki, tikinti işləri "Fərid–inşaat” MMC tərəfindən həyata keçirilir. Dördmərtəbəli şəhər xəstəxanasının inşasında 100 nəfər işçi çalışır. Hazırda binada daş-hörgü işləri tam başa çatdırılıb. Daxildə suvaq işləri aparılır, döşəmə vurulur, tavan qurulur. Binaya kommunikasiya xətlərinin çəkilişi də yekunlaşmaq üzrədir. Xəstəxananın ümumi ərazisi 1,2 hektar, tikinti sahəsi isə 1300 kvadratmetrdir. Binanın ərazisində hər birinin tutumu 300 kubmetr olan iki su anbarının, istilik qazanxanası, nasosxana, yeməkxana və transformator yarımstansiyası binalarının tikintisi nəzərdə tutulub ki, bu işlərin də müəyyən hissəsi artıq yekunlaşıb. Ərazinin ətrafına ümumi uzunluğu 550 metr olan hasarın çəkilişi isə başa çatmaq üzrədir.
 
Naftalan Şəhər Xəstəxanası 65 çarpayılıq olmaqla, burada şüa-diaqnostika, cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, mama-ginekologiya, pediatriya, poliklinika və təcili tibbi yardım şöbələri, eləcə də stomatoloji kabinet fəaliyyət göstərəcək.
 
Qlobal.Az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook