SON XƏBƏR

Bu il Bozdağ-Qobu vulkanının püskürəcəyi gözlənilir

Fevral 14
15:56 2019
"Abşeron rayonunun Qobu kəndinin yaxınlığında yerləşən Bozdağ-Qobu vulkanının bu il ərzində püskürməsi ehtimal olunur”.

Bunu Qaynarinfo-ya açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
 
O qeyd  edib ki, Bozdağ-Qobu vulkanının sonuncu püskürməsindən 20 il ötür: "Bu vulkan çox nadir hallarda püskürür. Ehtimal edirəm ki, Azərbaycanda bu il bir neçə vulkan püskürməsi qeydə alınacaq. Çünki vulkanlar, adətən, güclü yeraltı təkanlardan sonra daha da aktivləşir”.

Qeyd edək ki, ilk dəfə 1827-ci ildə püskürən Bozdağ-Qobu vulkanı sonuncu dəfə 1999-cu ildə püskürüb. 1974-cü ildə bu vulkanın alovunun hündürlüyü 400 metrə qədər, hərarəti isə 1000 dərəcə selsidən çox olub. Eyni zamanda 300 min kub metr həcmində vulkan palçığı tullanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook