SON XƏBƏR

Bu il azərbaycanlı uşaqlar Türkiyə və İran vətəndaşlarına övladlığa verilib

İyun 01
11:09 2018
"2018-ci ildə əcnəbilər tərəfindən Azərbaycan vətəndaşı olan iki uşaq övladlığa götürülüb”

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Vəfa Ələkbərova deyib.

O bildirib ki, hər iki uşaq birinci nikahdan olan valideynlərin övladlarıdır: "Övladlığa götürən və xarici vətəndaş olan şəxs Azərbaycan vətəndaşı olan şəxslə nikaha daxil olduqdan sonra onun əvvəlki nikahdan olan uşağını övladlığa götürüb”.

V. Ələkbərova qeyd edib ki, uşaqlar Türkiyə və İran vətəndaşlarına övladlığa verilib.(APA)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook