SON XƏBƏR

Bu il 940 Azərbaycan vətəndaşı Türkiyədə əmlak alıb

Noyabr 21
12:39 2018
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın 940 vətəndaşı Türkiyədə əmlaka sahib olub.

"Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin 10 ayı ilə müqayisədə 151 mənzil və ya 19,14% çoxdur.

Bu ilin oktyabr ayında isə Azərbaycanın 117 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 101 mənzil və ya 36,33% azdır.

Qeyd edək ki, ümumilikdə isə bu ilin yanvar-oktyabr aylarında isə 30 712 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 12 636 ədəd və 69,90% çoxdur. Ötən ay isə Türkiyədə 6 327 ədəd əmlak  xarici vətəndaşlara satılıb ki, bu da 2017-ci ilin oktyabr ayı ilə müqayisədə 3 633 ədəd və ya 2,35 dəfə çoxdur.

Ən çox mənzil alan xarici vətəndaş arasında İraqlılardır. Oktyabrda iraqlılar 1 439, bu ilin on ayında isə 6 305 mənzil əldə ediblər. Sonrakı yeri İranlılar tutur. Bu ölkənin vətəndaşları oktyabrda 557, yanvar-oktyabr aylarında isə 2 754 mənzil satın alıblar. İlk üçlüyü isə Səudiyyə Ərəbistanı tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 332 mənzil, bu il ərzində isə 2 217 mənzil əldə ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook