SON XƏBƏR

Bu gündən Rusiyadan Gürcüstana aviareyslər olmayacaq

İyul 08
10:06 2019
Rusiya aviaşirkətlərinin Gürcüstana daşımalar həyata keçirməsi qadağan olunub.

Bununla bağlı Rusiya prezidenti Vladimir Putinin iyunun 21-də imzaladığı fərman bu gündən qüvvəyə minib.

Bu gündən etibarən həmçinin Rusiyanın Nəqliyyat Nazirliyinin qərarı ilə Gürcüstan aviaşirkətlərinin ölkə ərazisinə uçuşları da dayandırılıb.

Gürcüstana Rusiyanın altı – "Aeroflot”, "Ural hava yolları”, "Red Wings”, "Pobeda” və "Smartavia” aviaşirkətləri reyslər həyata keçirib. Rusiyaya isə Gürcüstanın iki "Georgian Airways” və "MyWay” aviadaşıyıcısı müntəzəm birbaşa reyslər yerinə yetirib.

Rusiyaya uçuşlara qadağa ilə əlaqədar olaraq "Georgian Airways” şirkəti Tbilisi-Moskva-Tbilisi istiqaməti əvəzinə sərnişinlərə Tbilisi-Yerevan-Moskva-Yerevan-Tbilisi marşrutu üzrə xidmət göstərəcək. /Report



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook