SON XƏBƏR

Bu gün xalq aristi iranlı iş adamına ərə gedir

May 23
11:14 2017
Bu gün ailə həyatı qurmağa hazırlaşan tanınmışlardan biri də xalq artisti Aygün Bayramovadır. 

Qlobal.az axşam.az-a istinadən xəbər verir ki, 49 yaşlı muğam ifaçısı İran vətəndaşı olan Fəraməz Gərmrudi ilə ailə qurur. Cütlüyün toyu Bakıda yerləşən otellərdən birində olacaq. Məclisə sənət aləminin tanınmış simaları dəvət olunub. 

Qeyd edək ki, bu, A.Bayramovanın ilk nikahıdır. F.Gərmrudi musiqiçidir və dəfələrlə Bakıda keçirilən konsertlərdə çıxış edib. 

Həmçinin qeyd edək ki, bir müddət əvvəl Aygün Bayramovanın ərə gedəcəyi şəxsin evli olduğuna dair məlumatlar yayılmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook