Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edəcək
Oktyabr 15
11:08
2020
Bu gün Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə iki günlük rəsmi səfər edəcək.
AZƏRTAC xəbər verir ki, oktyabrın 17-dək davam edəcək səfərdə Vladimir Zelenski bir sıra rəsmilərlə, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək, iki ölkə arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunacaq.
Səfər çərçivəsində Ukrayna və Türkiyə arasında hərbi əməkdaşlığa dair saziş imzalanacaq.