SON XƏBƏR

Bu gün SOCAR istiqrazlarının dövriyyəyə buraxılmasının ildönümüdür

Oktyabr 17
12:32 2017
Azərbaycan korporativ istiqraz bazarının 77%-i SOCAR istiqrazlarının payına düşür.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər" adlı tədbirdə SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu bildirib.

Onun sözlərinə görə, korporativ istiqraz bazarının həcmi SOCAR istiqrazlarının hesabına 70 mln. dollardan bu il 143 mln. dollara qədər artıb: "Bunun isə 110 mln.dolları, yəni 77%-i SOCAR istiqrazlarının payına düşür".

"Bu gün SOCAR istiqrazlarının dövriyyəyə buraxılmasının ildönümüdür. Bu bir il ərzində çox böyük işlər görülüb. SOCAR istiqrazları bazarda bir növ katalizator təsiri yaradıb. "ASAN Xidmət"lə yaxşı iş birliyimiz yaranıb. Bu sayədə istiqrazlar barədə həm məlumat almaq, həm də asanlıqla, etibarlı şəkildə əməliyyatlar həyata keçirmək mümkündür", - A.Ağaoğlu qeyd edib.

Onun sözlərinə görə, ötən müddət ərzində təkrar bazarda SOCAR istiqrazlarına tələb artıb, fiziki şəxslərin bu istiqzarlara marağı artıb və bunun da Azərbaycan maliyyə bazarına müsbət təsiri olduqca önəmlidir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook