SON XƏBƏR

Bu gün Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayır

Fevral 17
09:05 2017
Bu gün Bavariyada 53-cü Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayacaq.
 
"Report" xəbər verir ki, konfransda 30-dan çox dövlət və hökumət başçısı, həmçinin 80-dən çox xarici işlər və müdafiə naziri iştirak edəcək.
 
Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak etmək üçün fevralın 16-da Almaniyaya işgüzar səfərə gedib.
 
Tədbir fevralın 19-da başa çatacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook