SON XƏBƏR

Bu gün Milli Qəhrəman "Fred Asif"in doğum günüdür

İyul 26
02:28 2019
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) doğum günüdür.
 
Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb.

1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub.
 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında, öz batalyonu ilə iştirak edib.
 
1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub.
 
Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasını dəyişib.
 
Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn edilib. 
 
Qlobal.Az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook