SON XƏBƏR

Bu gün jurnalist Rasim Əliyevin anım günüdür

Avqust 09
12:33 2018
Bu gün jurnalist Rasim Əliyevin "Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun fanatları tərəfindən öldürülməsinin 3-cü ildönümüdür.

Rasim Əliyev 2015-ci il avqustun 8-də döyülüb və ertəsi gün xəstəxanada vəfat edib. Onun ölüm işi üzrə 6 nəfər, o cümlədən futbolçu Cavid Hüseynovun adı keçib. C.Hüeynovun işi ayrıca icraata götürülərək Səbayel Rayon Məhkəməsində baxılıb. Mayın 31-də Səbayel Rayon Məhkəməsi C.Hüseynovu CM-in 307.1. (hazırlanmaqda olan cinayət barədə məlumat verməmək) və 307.2. (cinayətin gizlədilməsi) maddələri ilə ittiham edərək 4 il azadlıqdan məhrum edib.   

Amma 1 il 2 aydan sonra Bakı Apelyasiya Məhkəməsi Cavid Hüseynovu vaxtından əvvəl azadlığa buraxıb.

Digər beş nəfər R.Əliyevin döyülməsində günahkar bilinərək uzunmüddətli həbs cəzası alıb. Jurnalistin döyülərək ölməsinə onun C.Hüseynov haqqında tənqidi status yazması səbəb olub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook