SON XƏBƏR

Bu gün Horadizdə "Qarabağa qayıdırıq" aksiyası olacaq

İyun 08
13:02 2019
Bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində "Qarabağa qayıdırıq" aksiyasının keçirilməsi planlaşdırılır.

Qaynarinfo-nun verdiyi xəbərə görə, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı ölkə və dünya ictimaiyyətinin diqqətini Qarabağ probleminə cəlb etmək üçün elan etdiyi aksiya saat 16:00-da Horadiz qəsəbəsinin Bayraq meydanında keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, R.Hacılı 5 iyun tarixində özü Bakıdakı Bayraq Meydanından start verib və təkbaşına Horadizə qədər piyada yürüşə başlayıb. R.Hacılı ölkə ictimaiyyətinə səslənərək, yaşadığı yerdən asılı olmayaraq, hər kəsi fərdi qaydada Horadizdəki aksiyaya gəlməyə səsləyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook