SON XƏBƏR

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının gümüş və bürünc mükafatçıları müəyyənləşə bilər

Aprel 24
09:55 2017
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının gümüş və bürünc mükafatçıları müəyyənləşə bilər.
 
"Report”un məlumatına görə, bunun üçün XXVII turun son qarşılaşması olan "Qəbələ" - "İnter" görüşündə münasib hesab qeydə alınmalıdır.
 
Qəbələdə keçiriləcək matçda meydan sahibləri 1:3-dən başlayaraq, 2 top fərqi ilə uduzmasa, gümüş, qonaqlara isə bürünc medalları təmin etmiş olacaq və oyunun yekununda mükafatlandırma mərasimi baş tutacaq.
 
Qeyd edək ki, XXVII turun ilk oyun günündə "Qarabağ"la "Qəbələ" müvafiq olaraq, "Sumqayıt" və AZAL-ı 2:1 hesabı ilə məğlub ediblər. "Zirə" - "Neftçi" görüşündə isə heç-heçə qeydə alınsa da (2:2), qonaqlar legioner limitini pozduqları üçün texniki məğlubiyyətlə üzləşəcəklər. Bununla bağlı aprelin 25-də AFFA-nın İntizam Komitəsi qərar çıxaracaq.
 
24 aprel (bazar ertəsi)
14:30. "Qəbələ” – "İnter”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu
İlk üç dövrə - 0:0, 1:1, 2:0



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook