SON XƏBƏR

Bu gun Fikrət Qocanin YUBİLEYİDİR

Oktyabr 12
16:51 2015
Trendden verilən məlumata görə bu gü saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Fikrət Qocanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, yubiley münasibətilə F.Qocanın səkkizcildliyi çapdan çıxıb. Seçilmiş əsərlər toplusuna şairin sovet dövründə nəşr edilmiş, habelə son illər yazdığı əsərlər daxil edilib.
Nəfis şəkildə tərtib edilən nəşrdə şairin roman və povestləri yer alıb. Xalq şairinin "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" əsərləri də səkkizcildliyə daxil edilib.
Qeyd edək ki, F.Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir.
 
Biz də "Qlobalinfo" olaraq böyük şairə yaradıcılıq ugurları və saglamlıq arzulayırıq!



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook