SON XƏBƏR

Bu gün FİFA ilin ən yaxşılarını mükafatlandıracaq

Oktyabr 23
11:51 2017
Bu gün İngiltərənin paytaxtı Londonda FİFA-nın ilin ən yaxşılarının mükafatlandırma mərasimi keçiriləcək. "Report” xəbər verir ki, "Palladium” teatrında baş tutacaq "The Best" adlı tədbir Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

2017-ci ilin ən yaxşı kişi futbolçusu adına portuqaliyalı Kriştianu Ronaldu ("Real Madrid”, İspaniya), argentinalı Lionel Messi ("Barselona”, İspaniya) və braziliyalı Neymar (PSJ, Fransa) iddialıdır. 

Ən yaxşı qadın futbolçu adına venesuelalı Deyna Kastelyanos ("Santa-Klarita”, ABŞ), amerikalı Karli Lloyd ("Mançester Siti”, İngiltərə) və hollandiyalı Like Martens ("Barselona”, İspaniya) namizəddir.

Fransalı Zinəddin Zidan ("Real Madrid”, İspaniya) və italiyalılar - Antonio Konte ("Çelsi”, İngiltərə) ilə Massimiliano Alleqri ("Yuventus”, İtaliya) ilin ən yaxşı baş məşqçisi adı uğrunda mübarizə aparacaqlar. Qadın futbolunda ilin ən yaxşı baş məşqçisi adına isə danimarkalı Nils Nilsen (Danimarka yığması), fransalı Jerar Preşer ("Lion”, Fransa) və hollandiyalı Sarina Viqman (Hollandiya yığması) iddalıdır.

FİFA ilk dəfə qapçılıları da mükafatlandıracaq. Ən yaxşı seçilməyə italiyalı Canluici Buffon ("Yuventus”, İtaliya), kosta-rikalı Keylor Navas ("Real Madrid”, İspaniya) və Manuel Noyer ("Bavariya”, Almaniya) namizəddir.

Ən yaxşı azarkeş adına isə Almaniyanın "Borussiya” (Dortmund), Şotlandiyanın "Seltik” və Danimarkanın "Kopehagen” komandalarının fanatları iddia edirlər. Tədbirdə həmçinin ilin ən yaxşı qolunun müəllifinə "Ferents Puşkaş” mükafatı təqdim olunacaq.

Qeyd edək ki, son 6 ildə FİFA "Qızıl top” mükafatını "France Football” jurnalı ilə birgə təqdim edib. Lakin bu ildən mükafatı FİFA tək verəcək. 2008-ci ildən dünyanın ən yaxşı futbolçusu adına Lionel Messi ilə Kriştianu Ronaldu layiq görülüblər. Argentinalı 5, portuqaliyalı isə 4 dəfə "Qızıl top” alıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook