SON XƏBƏR

Bu gün Ermənistanda “sükut günü”dür

Dekabr 08
11:13 2018
Ermənistan KİV-lərinin xəbərinə görə, bu gün ölkədə parlamentə keçirilən növbədənkənar seçkidə iştirak edən istənilən siyasi qüvvənin seçki məntəqələri bağlananadək təbliğat aparması qadağandır.
 
Səsvermə sabah səhər saat 8-dən axşam saat 20.00-dək keçiriləcək. Dekabrın 9-da səsvermə hüququ olan Ermənistan vətəndaşları 2010 seçki məntəqəsində 2 siyasi blok və 7 siyasi partiyanın siyahısına səs verəcək.
 
Qeyd edək ki, Ermənistanda parlamentə seçkilər yalnız proporsional qaydada keçirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook