SON XƏBƏR

Bu gün dəfn edilən şəhid əsgərimizin 2- ci övladı 15- 20 gündən sonra doğulacaq - VİDEO

Fevral 13
00:33 2017
Şəhid çavuş torpağa tapşırılıb

Xaçmazın Köhnə Xaçmaz kəndində şəhid çavuş Fuad Qafarovun dəfn mərasimi keçirilib.

Dəfndən əvvəl Niyazoba kəndində vida mərasimi baş tutub. Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin xidmət etdiyi hərbi hissənin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yaylım atəşindən sonra şəhid F. Qafarov Köhnə Xaçmaz qəbiristanlığında dəfn edilib. Şəhidin tabutu üzərindəki bayraq şəhidin atasına təqdim edilib. 

Çavuş Fuad Qafarov aprel döyüşlərində fəal istirak etmişdi. O, 5 ildən artıqdır ki, müddətdən artıq xidmət edirdi.
 
Şəhid Fuad Qafarovun 1 oğlu var. Atası Fərhad Qafarovun sözlərinə görə, şəhid oğlunun 2 ci övladı 15- 20 gündən  sonra doğulacaq, həyat yoldaşı hamilədir. "Ailənin ilk övladı olan Fuad əsgərliyə könüllü gedib və sonradan hərbi xidmətdə qulluqdan artıq qalmağı da onun öz arzusu olub",- deyə atası Fərhad Qafarov İstiPress-ə bildirib.
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook