SON XƏBƏR

Bu gün Azərbaycanda on min sayı olan xalqın Beynəlxalq günüdür

Aprel 08
13:05 2020
Bu gün dünyada Beynəlxalq Qaraçılar Günüdür.

Qaynarinfo xəbər verir ki, Beynəlxalq Qaraçılar Günü 1971-ci il aprelin 8-də təsis edilib. Ümumilikdə dünyada 18 milyon qaraçı var, onlardan 10 milyonu Avropada yaşayır. 

2012–2014–cü illərə olan qeyri–rəsmi məlumata əsasən, Azərbaycanda yaşayan qaraçıların ümumi sayı 10 min nəfərə yaxındır. Onlar iki qrupa bölünürlər: fars və kurmanc dilində danışanlar.

Qaraçılarda müəyyən ənənələr var. Məsələn, bir qaraçı qısa saçlıdırsa, demək, ailəsinin şərəfi yoxdur. Eləcə də qaraçılarda jurnalist peşəsi qadağan edilib. Qaraçıların qulağındakı sırğalar onun qardaş və ya bacılarının olmasını göstərir. Qaraçıların ənənəvi yeməklərindən biri köçəri həyat tərzi səbəbindən yaranan qızardılmış kirpidir. 

Qeyd edək ki, qaraçılar köçəri xalqlardan biridir. Hind-Avropa mənşəlidirlər. Qaraçılara bütün Avrasiya materikində rast gəlinir. Avropa yazıçılarından Prosper Merime, Şarl de Koster və eləcə də Valter Skott öz əsərlərində qaraçıların mənşəyinə ötəri də olsa toxunurlar. 

Şarl de Koster və Valter Skott qaraçıların tarixini XV əsrə aid edir. Digər bir məlumata görə, qaraçılar İstanbulun fəthi zamanı Avropaya daxil olublar. Başqa bir mülahizə isə qaraçıların eyni zamanda iki yoldan Avropaya daxil olduqları yönündədir. Bu mülahizəyə görə, bir qrup Bosfor boğazından, digər qrup isə Cəbəllütariq boğazından Avropaya keçib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook