SON XƏBƏR
  • "Azərpambıq ASK” MMC işçinin haqqını yeyir - ŞİKAYƏT"Azərpambıq ASK” MMC-nin Bərdə rayonundakı işçisi nə əmək haqqını, nə də əlavə ayrılmış subsidiyanı ala bilmir Əlil övladının müavinətini bəzən olur ki, pambığla bağlı işlərə xərcləyir. Axırda da o..
  • Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edibAzərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 10-cu beynəlxalq görüşündə işti..
  • Cəbhə bölgəsində son vəziyyətErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub. Ermənistan Respublikası Krasno..
  • Pensiyalar yenə qalxacaq - Oktyabrın 1-dən"Minimum əmək haqlarının artırılması barədə imzalanan sərəncam dövlət sektorunda çalışan 500 mindən çox işçiyə şamil olunacaq”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev ..
  • DİN əməkdaşlarının maaşları artırılıbPrezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) ma..
  • Müəllimlərin də maaşı artdıPrezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncam imzalayıb. ..
  • “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədiRusiyaya məxsus "Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istəyib. Qlobal.az APA-ya istinadən xəbər verir ki, "Ural” avia şirkətinin mətbu orqanı olan jurnalda Dağlıq Qarabağa helikopterlər..
  • Prezidentdən sərəncam: Minimum əməkhaqqı 250 manat olduPrezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.   Qlobal.Az xəbər verir ki, sərəncama görə, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib..
  • Zakir Həsənov: “Şəhid mayor mənim əmrimi icra edib”"Azərbaycan xalqı Ordumuzun qələbəsini gözləyir. Lakin müharibəni hərbçilər başlamır, hərbçilər icraçıdırlar". Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib. O bildirib ki,..
  • Nərimanovda bir qrup sakin aksiya keçirdi – SəbəbBu gün "İnteks” MMC tərəfindən aldadıldığını iddia edən Nərimanov rayon sakinləri Firdovsi Məmmədov 9 küçəsi ilə Təbriz küçəsinin kəsişdiyi ünvanda aksiyaya başlayıblar. Qlobal.az Sputnik.az-a isti..

Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

İyul 22
00:38 2018
Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

143 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin "Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

"Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya”, "Kəşkül”, "Şərqi-rus”, "İrşad”, "Molla Nəsrəddin” kimi qəzet və jurnallar "Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 142 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.

1980-ci illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.

Ümumilikdə, ulu öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.

Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının” təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar idi.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncamını isə bugünlərdə imzalayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook