SON XƏBƏR

Bu gün Azərbaycanda 9 saat TV və radio işləməyəcək

İyun 10
09:25 2019
10 iyun tarixində Azərbaycan ərazisində teleradio yayımı dayandırılacaq.

Qlobal.az "Teleradio" İB-yə istinadən xəbər verir ki, bu gün saat 06:00-dan 15:00-dək növbəti kompleks profilaktika işləri aparılacaq.

Bu müddət ərzində ölkə ərazisində radio və televiziya proqramlarının yerüstü yayımında fasilə olacaq.

Qeyd edək ki, kompleks profilaktika radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında il ərzində bir neçə dəfə aparılır.

Qrafikə əsasən, növbəti kompleks profilaktika işlərinin Peyk rabitəsi İstehsalat Birliyi tərəfindən 16 sentyabr tarixində aparılması nəzərdə tutulub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook