SON XƏBƏR

Bu dövlət qurumu maşın alışına 2 milyon yarım pul ayırdı

Yanvar 17
14:27 2019
Dövlət Reklam Agentliyi yanvarda 25 ədəd miniven, 14 ədəd sedan və 1 ədəd pikap tipli nəqliyyat vasitəsinin alınmasına dair "Toyota Abşeron Center” MMC və "Autouniversal” MMC ilə 7 tender müqaviləsi imzalayıb.

Qlobal.az FED.az-a istinadən xəbər verir ki, bu satınalmalar müqabilində "Autouniversal”a 704 175 manat, "Toyota Abşeron Center”ə 698 000 manat ödənilib.

Beləliklə, yuxarıdakı satınalmalara toplam olaraq 1 402 175 manat xərclənib.

Xatırladaq ki, bu günə qədər agentlik "Autouniversal”dan 1 549 181 manatlıq miniven, "Toyota Abşeron Center”dən 981 000manatlıq sedan və pikap tipli avtomobillər alıb. Nəqliyyat vasitələrinin alınmasına cəmi 2 530 175 manat pul xərclənib.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook