SON XƏBƏR

Bu bölgələrdə yeni sürüşmə sahələri yaranıb - RƏSMİ

Avqust 06
16:12 2018
İyul ayında respublikanın bəzi sürüşmə sahələrində yeni sürüşmə sahələri və uçqun prosesləri müşahidə edilib.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Ə.Qaralov bildirib ki, Lənkəran-Lerik yolunun 17-19-cu km-liyi sürüşmə sahəsində aparılan monitorinqlər zamanı yol boyu bir neçə yerdə uçqun-töküntü prosesləri müşahidə olunub.

"Gəgiran sürüşmə sahəsində mövcud sürüşmə sahəsinin dinamikasında artım qeydə alınıb və bir neçə yerdə yeni sürüşmə və uçqun hadisəsi qeydə alınıb. Bundan başqa, Tüvəkilə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci km-də sürüşmə sahəsində nisbi aktivlik müşahidə edilib.

Güllütəpə, Zuvand sürüşmə sahəsində mövcud sürüşmə sahələrinin dinamikasında nisbi artım müşahidə olunub. Masallı-Yardımlı yolunun 13-14, 7-16-24-25, 4-26-cı km-də müşahidələr nəticəsində yol boyu bir neçə yerdə uçqun töküntü prosesləri baş verib. Sadatlıq sürüşmə sahəsinin dinamikasında, Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Gədəbəy rayonu Pirdağ sürüşmə sahəsində Daşbulaqçayın sağ sahilində yerləşən yüksək mailliyə malik bu ərazidə qədim sürüşmə sahəsində, Arıqıran sürüşmə sahəsində atmosfer yağıntıları səbəbindən aktivlik qeydə alınıb”.

Ə.Qaralovun sözlərinə görə, Daşkəsən rayonu Aluitdağ sürşümə sahəsində, Xızı-Altıağac avtomobil yolunun 1-ci km-də yol boyu sürüşmə sahəsində aktivlik və uçqun prosesi müşahidə edilib.

"Siyəzən rayonu Sədan sürüşmə sahəsində, Qobustan rayonu Meysəri sürüşmə sahəsində aktivlik qeydə alınıb. Şamaxı-–Qaleybuğurd-Keçmədin avtomobil yolunun 24-25-ci km-i sürüşmə sahəsində Ağsuçayda baş vermiş sel hadisəsi nəticəsində Keçmədin kəndinin giriş yolunun 35-40 m hissəsində uçqun baş verib.

İsmayıllı rayonu Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-ində və Xankəndi sürüşmə sahəsində aktivlik müşahidə edilib. Lahıc sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən Lahıc qəsəbəsinin şimal-şərq hissəsində eni 120-140 m, uzunluğu 280-300 m olan sürüşmə sahəsi əmələ gəlib. Qoydan sürüşmə sahəsində ay ərzində atmosfer yağıntılarının təsirindən kənd ərazisində eni 40-80 m, uzunluğu 150-170 m olan sürüşmə sahəsi yaranıb. Hər iki sürüşmə sahəsində müşahidə olunan çatların parametrlərində artım qeydə alınıb”.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook