SON XƏBƏR

Bu banklar dollar satmaqdan imtina etdi

Fevral 14
13:13 2017
Bu gün Azərbaycan bankları arasında daha 4 bank dolları satmaqdan imtina edib. Fins.az-ın araşdırmasına görə, "Günaybank” artıq iki gündür ki, kassasında dollar olmadığına görə, dollar satışını həyata keçirmir.
 
"Bank Respublika”, "Atabank” və "Naxçıvanbank” isə bu gündən satışı dayandırıb.
 
Qeyd edək ki, sadalanan banklar arasında bəziləri dolların alışını həyata keçirirlər.
 
Xatırladaq ki, "Paşabank” artıq uzun zamandır ki, yalnız öz müştərilərinə dollar satdığını bəyan edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook