SON XƏBƏR

Bu aydan Neftçala Avtomobil Zavodunun avtomobilləri satışa çıxarılacaq

İyun 08
13:36 2018
Neftçala Avtomobil Zavodunda aşağı sinif avtomobillərin istehsalı planlaşdırılır. "Report" xəbər verir ki, bunu "Azərmaş" MMC-nin Emin Axundov deyib.

E. Axundovun sözlərinə görə, bu avtomobillərin qiyməti 14 min manat olacaq:

"Biz həm də yan sənayeni inkişaf etdirmək niyyətindəyik. Bu isə avtomobillərin qiymətlərinin 10-12% ucuzlaşmasına səbəb olacaq. İyunun 20-dən etibarən avtomobillərin ehtiyat hissələrinin satışına başlanacaq. Növbəti bazar ertəsindən isə Badamdar, Babək və Ziya Bünyadov prospektlərində yerləşən satış mərkəzlərində avtomobillərin satışı başlanılacaq".

Onun sözlərinə görə, ilkin olaraq 100 ədəd "Xəzər" avtomobili satışa çıxarılacaq. E.Axundov qeyd edib ki, ayda 160 ədəd avtomobil istehsalı planlaşdırılır. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook