SON XƏBƏR

Britaniyanın Kiprdəki bazası partladıldı

İyun 13
18:02 2017
Britaniyanın Kiprdəki Dekeliya hərbi bazasında partlayış baş verib.

Axar.az xəbər verir ki, "Röyter” agentliyi partlayış nəticəsində bir polisin yaralandığını yazıb. Hazırda insidentin baş verdiyi ərazidə ekspertlər hadisənin səbəblərini araşdırırlar.

Qeyd edək ki, Britaniyanın Kiprdə iki bazası var. Bunlar Dekeliya və Akrotiridir. Dekeliya bazası Kiprin cənub-şərqində, Akrotiri isə cənubunda yerləşib. Bu bazalar Kiprin ümumi ərazisinin 3%-ni təşkil edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook