SON XƏBƏR

Britaniyanın Baş naziri Avropa liderlərinə “Brexit” planını açıqlayacaq

İyun 23
11:35 2017
Böyük Britaniyanın baş naziri Tereza Mey parlament seçkilərindən sonra ilk dəfə Avropa sammitində iştirak edəcək və "Brexit” planını qitənin liderlərinə açıqlayacaq.
 
Britaniya maliyyə naziri Philipp Hammond bildirib ki, keçid dövrünün daha rahat olması üçün Avropa Ittifaqı (Aİ) ilə "Brexit” razılıqlarının tez əldə edilməsi faydalı olar. Belə olan halda, Birləşmiş Krallığın indiki mövqeyindən "post-Brexit” dövrünə keçidi daha asan və planlı şəkildə baş tutar.
 
Qeyd edək ki, "Brexit” üzrə danışıqlarına bu həftənin bazar ertəsi start verilib. Baş nazirin planında qaçqınların hüquqları məsələsi əsas yer tutur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook