SON XƏBƏR

Britaniyalı deputat: "Azərbaycanda demokratik institutların fəaliyyətində çox böyük tərəqqi var"

Yanvar 25
13:40 2018
"Azərbaycana hər səfərim zamanı ölkədə demokratik institutların fəaliyyətində çox böyük tərəqqi müşahidə etmişəm".
 
Bunu "Report"un Qərbi Avropa bürosuna açıqlamasında Böyük Britaniya parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmə deyib.
 
O bildirib ki, indiyə qədər dörd dəfə Bakıya səfər edib: "Hər dəfə daha böyük inkişafın şahidi olmuşam. Qeyd etmək istəyirəm ki, mən yalnız fiziki inkişafı nəzərdə tutmuram".
 

 
B.Bləkmə vurğulayıb ki, Azərbaycan Sovet İttifaqı dövründə repressiyalara məruz qalıb, ölkənin müstəqilliyi itkilərlə başa gəlib: "Müstəqilliyini qazandıqdan keçən dövr ərzində çox əziyyətlər çəksə də bu gün böhranlı günləri arxada qoyub".
 
Dostluq qrupunun rəhbəri qeyd edib ki, bu gün bütün dünya Azərbaycanı mültikültiralizm ənənlərinə sadiq bir ölkə kimi tanıyır. Azərbaycanda, xüsusilə Bakı şəhərində beynəlxalq tədbirlər, "Eurovision", "Formula-1", Avropa oyunları kimi əhəmiyyətli tədbirlər təşkil edilir.
 
Onun sözlərinə görə, hazırda Azərbaycanla Böyük Britaniya arasında sıx dostluq və əməkdaşlıq əlaqələri qurulub və bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir: "Ölkələrimiz arasında əsrin müqaviləsi imzalanlıb. Hesab edirəm ki, əməkdaşlığımız bundan da artıq inkişaf edəcək, dostluğumuz bundan da artıq sıx olacaq.
 
Mənim aləmimdə Azərbaycanda müasir bir cəmiyyət qurulub, müasir İslam cəmiyyəti yaradılıb və bütün insanlar eyni hüquqlara malikdirlər. Azərbaycan dövləti gəlirlərini dinindən, etnik mənşəyindən asılı olmadan bütün insanlar arasında eyni, ədalətli formada bölüşdürür. Mənim Azərbaycan xalqında ən çox qiymətləndirdiyim xüsusiyyət onun müxtəlif dinlərə məxsus insanlarla tolerant rəftarıdır. Azərbaycan xalqı tolerant xalqdlr və Azərbaycan dövləti də bu sahədə təqdirəlayiq siyasət yürüdür. Azərbaycan dövlətinin ayırdığı maliyyə hesabına yəhudilərin ibadət yeri olan Senaqoqun təmir edilməsi buna bariz nümunədir".
 
Dağlıq Qarabağ münaqişəsinə toxunan B.Bləkmə deyib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib: "Mən çox təəssüf edirəm ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana məxsus torpaqların bir hissəsi işğal edilib. Ermənistanın təcavüzü nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. Təəssüflər olsun ki, Azərbaycan işğal olunmuş torpaqlarını hələ də geri qaytara bilməyib. Ümid edirəm ki, Azərbaycan tezliklə ona məxsus, tarixi torpaqlarını geri qaytaracaq və qaçqın və məcburi köçkünlər öz evlərinə dönəcəklər".
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook