SON XƏBƏR

Britaniya Trampla bağlı sənədin dəqiqliyini müəyyən etməyə çalışır

Yanvar 14
14:18 2017
Britaniya qanunvericiləri Britaniyanın təhlükəsizlik xidmətinin sabiq gizli agenti tərəfindən Donald Tramp haqda hazırlanan mübahisəli sənədin açıqlanmasında təhlükəszilik xidmətinin rolu barədə araşdırma aparılmasını tələb edir.
 
Londonda 35 səhifəlik bu sənədin Britaniya-ABŞ əlaqələrinə xələl gətirəcəyinə dair qorxular artmaqdadır.
 
Qanunvericilər baş nazir Tereza Mey də daxil edilməklə, kabinet üzvlərinin Kristofer Stil tərəfindən hazırlanan sənədi görüb-görmədiklərini bildirməsini tələb edir.

Onlar hökumətin Trampı gözdən salmaq üçün hazırlanan sənədin hökumət tərəfindən necə dəyərləndirildiyini bilmək istəyir. Tələb sənədin ABŞ-ın Federal
Təhqiqat Bürosuna təqdim edilməzdən əvvəl nə qədər dəqiq olduğunun müəyyən edilməsi mahiyyəti daşıyır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook