SON XƏBƏR

Britaniya ictimaiyyəti Xocalı faciəsi ilə bağlı məlumatlandırılıb

Fevral 26
01:41 2018
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Londonda yürüş-mitinq keçirilib.
 
AZƏRTAC xəbər verir ki, bir neçə saat davam edən yürüş-mitinqdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələrlə yanaşı, çoxsaylı insan iştirak edib.
 
Əllərində Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, "Xocalıya ədalət!”, "Biz ədalət tələb edirik”, "Biz sülh istəyirik”, "Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndiriblər. Trafalqar meydanında başlayan yürüş Britaniya parlamenti binasının qarşısında mitinqlə davam edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook