SON XƏBƏR

Braziliyada bənd çökdü: 50 ölü, 200-dən çox itkin var

Yanvar 26
10:41 2019
Braziliya Brumadinho ərazisində su bəndi uçub.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkənin ən böyük mədənçilik şirkəti "Vale"yə məxsus olan metallurgiya tullantılarının toplandığı bəndin dağılması azı 50 nəfərin ölümünə səbəb olub, 7 nəfərin cəsədi artıq tapılıb. Hadisə zamanı ərazidə 300 işçi olub, 200-dən çox itkin var.

Hadisənin baş vermə səbəbi hələlik bilinmir. Xilasetmə tədbirləri davam etdirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook