SON XƏBƏR

"Bozbash Pictures" Ariva hoteldə ölən ərəbdən film çəkdi - video

Fevral 02
00:13 2018
"Bozbash Pictures"-in "Bozbash Pictures-Qəçrəş" bölümü tamaşaçılar tərəfindən olduqca maraqlı qarşılanıb. 
 
Bunu "Bozbash Pictures"-in yutub səhifəsində yazılan şərhlərdən və sosial şəbəkələrdə aparılan müzakirələrdən də görmək olur. Həddən artıq tamaşaçı marağına səbəb olmuş bu dəfəki bölümün təfərrüatını oteldə masaj zamanı ölən ərəb təşkil edir. "Bozbash Pictures" bəzi bölümlərində olduğu kimi, bu bölümdə də real faktlara söykənib. Bunu yazılan tamaşaçı şərhlərindən də görmək olur. Hətta bəzi tamaşaçılar daha irəli gedərək "bozbash"-ın hədəfinin Avira hoteli olduğunu qeyd edirlər. 
 
Xatırladaq ki, ötən ayın 8-də "Ariva" hoteldə ərəb turistin öldüyü barədə məlumat yayıldı.

Məlumatda qeyd olunurdu ki, Azərbaycana turist səfərinə gəlmiş Küveyt vətəndaşı, 1962-ci il təvəllüdlü Məsfər Oman Əlbillahi "Ariva” hotelinin 311 nömrəli otağına fahişəliklə məşğul olan üç qadın gətirib. Oman Əlbillahinin həmin qadınların əhatəsində öldüyü bildirilirdi. Polis hadisə yerinə gələn zaman qadınların həmin nömrədə olmadığı, məlumatın müstəntiqlərə hotel işçilərinin verdiyi deyilir.

Nərimanov rayon Prokurorluğunun məlumatına görə isə, ərəb turist ürək çatışmazlığından dünyasını dəyişib. 

Baş verən hadisədən sonra "Ariva” hoteli yanvarın 8-də Bakıda ərəb turistin 311 nömrəli otaqda ölməsi ilə bağlı yerli KİV-də yayılan məlumatlara münasibət bildirib. Hotelin yaydığı məlumatda qeyd olunurdu ki, insident barədə dərhal polisə xəbər verilib və hadisə yerinə tibbi ekspertiza aparılıb.

Qeyd edilir ki, Oman Əlbillahi ürək çatışmazlığından vəfat edib, otaqda onun qəbul etdiyi dərman preparatları da aşkar olunub. Daha sonra Hotel rəsmisi medianın yazdığı xəbəri təkzib edərək ərəb turistin otaqda tək olduğunu bildirib. 

Qlobal.az-ın əldə etdiyi məlumata görə, baş verən hadisə ilə əlaqədar "Ariva" hotelin direktoruna qarşı cinayət işi açılıb. Həmçinin, aparılan araşdırmalar zamanı "Ariva" hotelin külli miqdarda vəsaiti vergidən yayındırdığı aşkarlanıb. 

Qeyd edək ki, bu hadisədən sonra bəzi media orqanlarında "Ariva" hotelin sahibinin kimliyi məsələsi gündəmə gəldi. Saytların yazdığı xəbərlərdə "Ariva" hotelinin gah Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadova, gah da Nəqliyyat nazirinin sabiq müavini Arif Əsgərova məxsus olduğu yazılır.
 
Bölümün anonsunu təqdim edirik:
 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook