SON XƏBƏR

Boşanmaların ən çox olduğu rayonlar

Oktyabr 23
16:02 2017
2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah və 9787 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.

Qlobal.az-ın məlumatına görə, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov məlumat verib.

Komitə rəsmisi bildirib ki, 8 ay ərzində ən çox nikah avqust ayında qeydə alınıb.

R.Süleymanovun sözlərinə görə, 9787 boşanma hallarından ən çoxu may ayına təsadüf edib.

Hesabat dövründə ən çox nikah və boşanma Aran, Gəncə-Qazax iqtisadi rayonlarında rəsmiləşdirilib.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook