SON XƏBƏR

Bolqarıstanda parlament seçkiləri keçirilir

Mart 26
10:24 2017
Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir.

APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 7.00 (Bakı vaxtı ilə 9.00) açılıb, axşam saat 20.00 (Bakı vaxtı ilə 22.00) bağlanacaq.

Bolqarıstan parlamentinin 240 deputatı 4 illik müddətə seçilir. Partiyaların parlamentdə təmsil olunması üçün 4 faizlik baryeri aşması lazımdır. Seçkilərdə 13 partiya, 9 koalisiya, 21 təşəbbüs qrupu, ümumilikdə, 4732 namizəd iştirak edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook