SON XƏBƏR

Bolqarıstan prezidenti sabah Azərbaycana gəlir

Oktyabr 12
13:26 2017
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gələcək.
 
"Report" xəbər verir ki, səfər oktyabrın 13-14-də baş tutacaq.
 
R.Radevin Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclis rəhbərliyi və digər rəsmilərlə görüşəcəyi gözlənilir.
 
Görüşlərdə iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, ticari-iqtisadi, təhsil, elm, mədəniyyət, energetika və nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Azərbaycan qazının Bolqarıstana tədarükü, eləcə də aktual beynəlxalq problemlərin və qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunacağı planlaşdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook