SON XƏBƏR

Boliviyada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Fevral 08
01:32 2018
Boliviyada güclü yağış və daşqınlar səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib.

APA-nın xəbərinə görə, bu barədə ölkə prezidenti Evo Morales özünün "Twitter”ində yazıb.

"Təbii fəlakətlər üzrə Milli Şuranın tövsiyəsini nəzərə alaraq, vitse-prezident və hökumətlə birgə təbii fəlakətdən əziyyət çəkən ailə və bələdiyyələrə kömək məqsədi ilə fövqəladə vəziyyət rejimi tətbiq etmək qərara aldıq. Biz müvafiq strukturları cəlb edərək bütün resurslarımızı təbii fəlakət bölgəsinə yönəldəcəyik”, E.Morales yazıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook