SON XƏBƏR

Boliviyada 5 gün ərzində küçələrdən 420 cəsəd toplandı

İyul 23
14:15 2020
Boliviyada 3 şəhərdə 5 gün ərzində yollar, avtomobillər və evlərdən 420 cəsəd toplanıb. Bu şəxslərin 90 faizə yaxınının koronavirusdan öldüyü ehtimal edilir

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu barədə Boliviyanın polis rəisi İvan Rojas açıqlama verib. Ölkədə aprelin 1-dən iyulun 19-a qədər xəstəxanalardan kənar 3016 cəsəd tapıldığı bildirilib.

Bu açıqlamaların ardından Böliviya hökumətinin təhsil komitəsi prezident seçkilərinin təxirə salınması barədə çağırış edib.

Qeyd edək ki, 14 ildir iqtidarda olan dövlət başçısı Eva Morales seçkilərdə saxtakarlığa əl atması iddialarından sonra başlayan aksiyaların ardından noyabrın 10-da ordu tərəfindən istefa verməyə məcbur edilmişdi.

Seçkilərdə iştirak edəcək 8 partiyadan 6-sı prosesin təxirə salınmasını dəstəkləsə də, Moralesin liderlik etdiyi Sosialist Hərəkatı Partiyası buna qarşı çıxır. Sabiq iqtisadiyyat naziri Luis Arkeni namizəd göstərən partiya sağçı müvəqqəti hökumətin iqtidarda qalma müddətini artırmaq üçün epidemiyanı bəhanə etdiyini irəli sürüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook