SON XƏBƏR

Boeing sifarişlərin həcminə görə Airbus şirkətini qabaqlayıb

İyun 23
00:45 2017
Boeing Inc şirkəti Le Burje beynəlxalq aviasalonunda ümumilikdə 75 milyard dollarlıq sifariş qəbul edərək rəqibi Airbus Group SE kompaniyasını (40 milyard dollar) qabaqlayıb.
 
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Boeing o cümlədən aviasalonda ilk dəfə təqdim olunan dar füzelyajlı 737 Max 10 təyyarəsinə 16 aviakompaniyadan 361 sifariş alıb. Göyərtəsi 230-dək sərnişin tutan hava gəmisi sifarişçilərə 2020-ci ildə çatdırılmağa başlayacaq.
 
Airbus isə 114 son sifariş və daha 182 təyyarəyə isə ilkin sifarişlər alıb. İki İran aviaşirkəti – Zagros Airlines və İran Airtour Airbus-a ümumilikdə 73 təyyarə sifariş verib, amma müqavilənin təsdiqlənməsi üçün ABŞ hakimiyyət orqanlarının razılığı lazımdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook