SON XƏBƏR

BMT Yəmənə humanitar yardım məqsədilə ianə verdiyi üçün Azərbaycana təşəkkür edib

May 26
15:40 2017
BMT Yəmənə humanitar yardım göstərilməsi məqsədilə ianə verdiyi üçün Azərbaycana təşəkkür edib.
 
"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik Nyu-Yorkda BMT-nin mənzil-qərargahında gündəlik brifinq zamanı bildirib.
 
O, Yəmənə humanitar yardım göstərilməsi üzrə öhdəliklərini tam həyata keçirən ölkələrə təşəkkür edib.
 
Yəmənə yardım üçün dəstək olanlar arasında Azərbaycan, Rusiya və ABŞ var.
 
S.Düjarrik qeyd edib ki, ABŞ eyni zamanda Yəməndə aclıqla mübarizə üçün daha 77 milyon dollar ayıracağını bəyan edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook