SON XƏBƏR

BMT-nin baş katibi Xəzərin statusuna dair Konvensiyanı tarixi sənəd adlandırıb

Avqust 14
08:45 2018
BMT-nin baş katibi Antoniu Quterriş Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayıb və onu region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd adlandırıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə onun bazar ertəsi kütləvi informasiya vasitələri tərəfindən yayılan bəyanatında deyilir.

"Baş katib Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanmasını alqışlayır. Bu tarixi sənəd beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri sayılan regional əməkdaşlığın mühüm olduğunu nümayiş etdirir", - deyə bəyanatda bildirilir.

Sənəddə qeyd olunana görə, Quterriş hesab edir ki, Konvensiya Xəzər dənizinin sahil dövlətləri arasında çoxdankı problemin geniş spektrının nizamlanması üçün əvəzsiz bir alət, həmçinin regional gərginliyin aradan qaldırılmasında əhəmiyyətli addım olacaq.

BMT rəhbəri beş dövlətin hər birini bu "regional əməkdaşlıq və çoxtərəfli danışıqların bu tarixi nailiyyəti" münasibəti ilə təbrik edib.

Aktauda V Xəzər sammitinin yekunu üzrə Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyaya imza atıblar. Sənəd üzərində iş 1996-cı ildən aparılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook