SON XƏBƏR

BMT: NATO və əfqan ordusu terrorçulardan daha çox mülki vətəndaş öldürüb

İyul 30
15:00 2019
NATO və Əfqanıstan ordusu 2019-cu ildə terror təşkilatlarından daha çox mülki vətəndaşı qətlə yetirib.

Qaynarinfo xəbər verir ki, bu barədə BMT hesabat yayımlayıb. Bu ilin ilk yarısında 1366 mülki şəxs ölüb, 2446 nəfər yaralanıb. Bu rəqəm ötən illə müqayisədə 27% azdır, lakin NATO və əfqan ordusunun səbəb olduğu ölümlər 31% artıb. 

1 yanvar - 30 iyun tarixlərində Taliban hücumlarında 532 mülki vətəndaş ölüb, 437-si yaralanıb. NATO və ordunun əməliyyatları nəticəsində isə 717 əfqan həlak olub, 680-i yaralanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook