SON XƏBƏR

BMT-dən Şimali Koreya, ABŞ və Venesuela açıqlaması

Avqust 17
11:33 2017
BMT baş katibi Antonio Quterres Şimali Koreya və ABŞ arasındakı gərginliyin ən pik səviyyəyə çatdığını, problemin  həlli üçün siyasi yolun tapılmasının vacibliyini vurğulayıb.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, təkşil edilən mətbuat konfransında çıxış edən Quterres Şimali Koreya müharibəsində 3 milyondan çox insanın öldüyünü qeyd edib və müharibə olacağı təqdirdə bunun dəhşətli nəticələrinin olacağını vurğulayıb. Tərəfləri dialoq və diplomatik həll yoluna çağıran Quterres ehtiyac olacağı təqdirdə BMT-nin köməklik göstərəcəyini qeyd edib.
 
Venesueladakı daxili vəziyyətin gərginliyi və ABŞ-ın bu ölkəyə hərbi müdaxiləyə hazır olması məsələsinə toxunan BMT baş katibi "Cənubi Amerika ölkələri xarici müdaxilələrdən və avtoritar sistemdən tək başına xilas olmağı bacarıb. Bu ənənəni davam etdirmək vacibdir" deyib.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook