SON XƏBƏR

BMT-dən İsrailə Qüds barədə xəbərdarlıq

Avqust 23
14:00 2017
Birləşmiş Millətlər Təşkilatı İsrailin Şərqi Qüdsdən geri çəkilməsini qadağan edən qanun barədə açıqlama verib.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, BMT baş katibinin siyasi məsələlər üzrə köməkçilərindən olan Miroslav Yença bu qanunu tənqid edib. Yença bildirib ki, qanunun qəbulu Fələstin və İsrail arasında münasibəti daha da pisləşdirəcək.
 
"Əgər qanun qəbul edilsə, İsrailin ərazidə idarəsi daha da güclənəcək və bu BMT qərarlarına əsasən razılaşmanı daha da çətinləşdirəcək. Məsələ tərəflər arasında razılaşma ilə həll edilməlidir. Bölgənin demoqrafik vəziyyətini dəyişdirəcək istənilən qərar ciddi qarşıdurmaya və şiddətə səbəb ola bilər" deyə BMT rəsmisi bildirib.
 
Qeyd edək ki, qanun Qüdsün İsrailin paytaxtı olması məsələsini nəzərdə tutur. Qərarın qəbulu üçün qanun 3 mərhələdən ibarət səsvermədən keçməlidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook