SON XƏBƏR

BMT-dən açıqlama: Suriyada gərginlik azalıb

İyun 15
06:47 2017
Suriyada gərginliyin azadılması ilə bağlı yaradılan bölgələr xüsusilə Hələb və İdlibə daha çox müsbət təsirini göstərib.
 
Axar.az xəbər verir ki, bu sözləri BMT-nin Beynəlxalq Müstəqil Suriya Araşdırma Komissiyasının rəhbəri Paulo Pinheiro deyib.
 
"Rusiya, İran və Türkiyənin bilavasitə səyi ilə yaradılan gərginliyin azadılması bölgələrində, xüsusilə İdlib və Hələbdə zorakı halların sayı xeyli azalıb. Silahlı atışmalar Xüms, Dəra və Həmada davam edir”, - BMT nümayəndəsi bildirib.
 
Qeyd edək ki, Rusiya, Türkiyə və İranın iştirakı ilə keçirilən Astana sammiti çərçivəsində Suriyanın 4 bölgəsində gərginliyin azaldılması ilə bağlı razılığa gəlinmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook