SON XƏBƏR

BMT baş katibi Həsən Ruhanidən təşkilatın sabiq əməkdaşını azad etməyə çağırıb

Sentyabr 22
00:20 2017
BMT baş katibi Antoniu Quterreş İran prezidenti Həsən Ruhanidən ABŞ vətəndaşı və təşkilatın sabiq əməkdaşı Baker Namazini həbsxanadan azad etməyə çağırıb.

APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin nümayəndəsi Stefan Düjarik Baş Assambleyanın 72-ci sessiyası çərçivəsində Antoniu Quterreş və Həsən Ruhani arasında keçirilən görüşündən sonra bildirib.

Qeyd edək ki, 2016-cı ilin oktyabrında İran məhkəməsi 80 yaşlı Namazi və onun 46 yaşlı oğlu Siamakı casusluqda ittiham edərək 10 il həbs cəzasına məhkum edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook