SON XƏBƏR

Bjezinski: “Dünya nizamı yalnız belə bərpa edilə bilər”

Fevral 22
01:24 2017
Donald Tramp tezliklə öz xarici siyasət doktrinasını müəyyən etməlidir.
 
Axar.az xəbər verir ki, bu sözlər amerikalı politoloq Zbiqnev Bjezinskinin "Nyu York Tayms” qəzetində dərc edilən məqaləsində yer alıb.
 
"ABŞ dünya nizamını yalnız Rusiya və Çinlə dialoqa girərək bərpa edə bilər. Ağ Ev sadəcə olaraq diqqət etməlidir ki, Pekin və Moskva çox yaxınlaşmasınlar.
 
Dünya nizamı artıq dağılıb və hazırkı dövrdə heç bir beynəlxalq struktur problem həll etmək iqtidarında deyil. Dünya güclərinin münasibətlərindəki xaos dəhşətli nəticələrə səbəb ola bilər”, – politoloq bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook