SON XƏBƏR

“Bizim Türkiyə Cümhuriyyətindən başqa dövlətimiz yoxdur” – Ərdoğan

Avqust 08
00:11 2017
"Bizim Türkiyə Cümhuriyyətindən başqa dövlətimiz yoxdur".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-çi deputat Ayxan Oğanın fikirlərinə münasibət bildirərkən deyib.

"Bu, AKP-nin şüarıdır: Tək millət, tək bayraq, tək dövlət, tək vətən. Türkiyə Cümhuriyyətindən başqa dövlətimiz yoxdur. Kim nə deyirsə, desin. Hamısı hekayədir. Mən sizə partiyanın və dövlətin başçısı olaraq şüarımızı söyləyirəm. Türkiyə Cümhuriyyətini daha güclü vəziyyətə gətirmək üçün çalışırıq. İnşallah bunu da bacaracağıq”, – Ərdoğan bildirib.

Qeyd edək ki, deputat Ayxan Oğan Ərdoğanın Türkiyədə yeni dövlət qurduğunu iddia etmişdi/Axar.az.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook