SON XƏBƏR

Bizdə apteklərdə peyvənd üçün vaksinlər niyə satılmır?

Yanvar 10
00:51 2018
Bəzi ölkələrdə peyvənd üçün vaksinlərin apteklərdə satılmasına icazə verilir.

Məsələn, Rusiyada həkim resepti əsasında apteklərdən vaksin almaq olar. Ancaq bunun üçün alıçının termokonteyneri olmalıdır. Eyni zamanda, vaksini poliklinikaya adi çantada çatdırmaq olmaz. Əks halda, o xarab ola və keyfiyyətini itirə bilər.

Ukraynanın Səhiyyə Nazirliyi də bildirir ki, insanların termokonteyneri olduğu halda, apteklərdən qripə qarşı vaksinlər ala bilərlər.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva isə Trend-ə bildirib ki, Azərbaycanda apteklərdə vaksinlərin satılmasına icazə verilmir:

"Buna görə də ölkədə apteklərdə vaksinlər satılmır. Çünki vaksinlərin xüsusi saxlanılma qaydaları var, onun saxlanılması üçün "soyuq zəncir" prinsiplərinə riayət olunmalıdır. Vaksinlər istehsalçıdan peyvənd olunan şəxsə qədər yalnız soyuducu rejimi gözləmək şərtilə saxlanılmalıdır. Peyvənd yalnız tibb müəssisələrində vurulmalıdır. Onlar "soyuq zəncir" rejiminə riayət edilmək şərtilə həmin müəssisələrə çatdırılır".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook